Vətəndaşlar qaytarılan əmanətlərdən niyə razı deyil?

Vətəndaşlar qaytarılan əmanətlərdən niyə razı deyil?

Sovet dövründən qalan əmanətlərin qaytarılması ilə bağlı müraciətlərin edilməsi bu ayın sonunda başa çatacaq. Prosesin gedişi barəsində "Kapital Bank"ın əmanətçilərə Birdəfəlik Ödəmələrin Verilməsi Mərkəzinin direktoru Araz Əliyev bildirib ki, verilən müddət günü-gündən azalsa da, əmanətlərinin arxasınca gəlməyənlər də az deyil.

Sovet dövründən qalan əmanət bankına birdəfəlik fərdi ödənişlərlə bağlı müraciətin müddəti artırılmayacaq. Lakin hələ də 49 223 şəxs əmanətlərini bankdan götürməyib. Mərkəz bu şəxslərin müraciətlərinə müsbət cavab versə də, əmanətçilər birdəfəlik ödənişlərini almağa gecikir. A.Əliyev onu da qeyd edib ki, hesabat dövründə bankın xidmət məntəqələrinə 1 milyon 328 min 943 müraciət daxil olub. Bu müddət ərzində 1 milyon 220 min 253 əmanətçiyə 480 milyon manatdan çox vəsait ödənilib.

Araz Əliyev əlavə edib ki, 1992-1993-cü illərdə əmanəti olan vətəndaşların pullarının ödənilməsi isə gələcəkdə mümkün ola bilər. Əhali arasında apardığımız sorğulardan da məlum olub ki, əmanətlərini geri ala bilənlərlə yanaşı, qaytarılma prosesinin gedişindən razı olmayanlar da var.

Qeyd edək ki, birdəfəlik ödənişlərin verilməsinə iyunun 1-dən başlanılıb və proses yanvarın 1-də başa çatacaq. Hazırda, respublikanın 78 rayonunda bankın 144 mərkəzi fəaliyyətini davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə