Şəhərdə su kəsildi

Bu gün H.Z.Tağıyev adına Su Kəmərləri İdarəsinin nasos stansiyası ərazisində magistral su xəttində təmir işləri aparılır. "Azərsu" ASC-dən SİA-ya verilən məlumata görə, təmir işlərinin aparılması ilə əlaqədar noyabrın 29-da saat 09:00-dan 18:00-dək Sumqayıt şəhəri H.Z. Tağıyev qəsəbəsinə, Kimyaçılar, "Xəzər" bağları, "Kottec" yaşayış sahələrinə içməli suyun verilməsində fasilələr olacaq. Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə