Bakıda Azərbaycan-Latviya biznes forumu keçiriləcək

Bakıda Azərbaycan-Latviya biznes forumu keçiriləcək

Forumda iki ölkəni təmsil edən şirkətlərin nümayəndələri iştirak edəcək

Gələn həftə noyabrın 28-də İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Latviya biznes forumu keçiriləcək.

AZPROMO-dan verilən məlumata görə, tədbirdə maliyyə, inşaat və inşaat materialları, qida sənayesi, kənd təsərrüfatı, maşınqayırma, nəqliyyat, turizm, sənaye, əczaçılıq, metallurgiya, liman və logistika, ticarət, plastik və şüşə qablaşdırma və digər sektorları təmsil edən Latviya şirkətlərinin nümayəndələri iştirak edəcəklər.

Tədbirdə iştirak etmək istəyən iş adamları AZPROMO-ya müraciət edə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə