Neftçalada bir neçə sosial obyektlər tikilir. SİA-nın Aran bürosuna məlumat verən Neftçala rayon icra hakimiyyəti başçısının 1-ci müavini Dilavər Əliyev bildirib ki, Nefçalada ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş Regionların Sosial İqdtisadi inkişafı dövlət proqramına uyğun olaraq geniş miqyaslı abadlıq, tikinti, quruculuq işləri həyata keçirilir.
"Hal hazırda rayonumuzda Ümummilli liderimiz Heydər Əliyevin adına 3 min kvadratmetrlik ərazidə Mərkəzin tikintisi üçün təməli qoyulub. Heydər Əliyev prospektində İcra Hakimiyyətinin yeni 5 mərtəbəli inzibati binasının tikintisi davam edir. Bundan əlavə Kür çayının sahilində Bulvar salınır və həmin ərazidə Bayraq Meydanı kompleksi inşa edilir. Heydər Əliyev prospektində və digər ərazilərdə abadlıq işləri görülür. Prezident İlham Əliyevin sərəncamı ilə 23 km-lik məsafədə olan Şorsulu – Xolqarabucaq – Xəzər avtomobil yolunun yenidən tikilməsi üçün ilkin olaraq 5 milyon manat vəsait ayrılıb. 5 ərazi vahidliyinin dairəsində 13 min sakinin istifadə edəcəyi həmin yolda tikinti işləri başlanılıb və sürətlə davam etdirilir. Neftçalanın prespektiv inkişaf planında iri lahiyələr nəzərdə tutulub və həyata keçirilməsi üçün zəruri tədbirlər görülür", - deyə İcra Hakimiyyətinin məsul işçisi bildirib.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB