Qəbələ RLS-lə bağlı Rusiya və Azərbaycan hökumətləri arasında danışıqlar davam etdirilir. SİA-nın xəbərinə görə, Rusiya Federasiya Şurasının sədr müavini, Azərbaycan-Rusiya parlamentlərarası komissiyasının həmsədri Svetlana Orlova jurnalistlərə açıqlamasında deyib ki, bu məsələ ilə bağlı Azərbaycan tərəfindən baş nazirin I müavini Yaqub Eyyubov və Rusiya Müdafiə Sənayesi Nazirliyi səviyyəsində müzakirələr aparılır.
"Ümid edirəm ki, yaxın vaxtlarda Qəbələ RLS-in icarəsi və onun bundan sonrakı fəaliyyəti ilə bağlı məsələlərlə bağlı razılığa gəlinəcək",- deyə S.Orlova əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB