Uşaqlar üçün yeni dərs vəsaiti

"Evdar xanımlar və yaşlı insanlarla bağlı layihələrin həyata keçirilməsi planlaşdırılır". SİA-nın xəbərinə görə, Mərkəzi Bankın İnkişaf departamentinin direktor müavini Natəvan Məmmədova belə deyib.

Onun sözlərinə görə, Mərkəzi Bank bir sıra maarifləndirici tədbirlər həyata keçirəcək. Gələcəkdə məktəblilər üçün də əyani dərs vəsaitinin hazırlanmasının nəzərdə tutulduğunu deyən Natəvan Məmmədova bu işi Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzinin təşəbbüsü və Azərbaycanın bir sıra kommersiya banklarının həyata keçirəcəyini bildirib. Departamentinin direktor müavini dərs vəsaitlərində bankçılıq haqqında geniş məlumat veriləcəyini, uşaqların maliyyə savadlılığının artırılması ilə bağlı mövzuların qeyd olunacağını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə