107 ton bal satılacaq

2012-ci ildə bizim istehsalımız 110 min olub. Ötən il 267 ton bal satışa çıxarılıb. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov deyib.

Onun sözlərinə görə, gələn il bu arıçılıq məhsullarının sərgi-satış yarmarkası daha geniş bir yerdə təşkil olunacaq: "Bu il havaların qeyri-sabit keçməsi ilə əlaqədar bal bir qədər az olub. Hesab edirik ki, iyirmi gün ərzində arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasında 107 ton bal satılacaq. Respublikamızda arçılığın inkişafı ilə bağlı işlər gedir. Bununla belə arçılıq haqqında qanun qəbul olunub".

Nazir müavini dedi ki, arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasında 51 rayondan 200 nəfərdən artıq arıçı iştirak edir: "Arıçılıq məhsullarının sərgi-satış yarmarkası başlamamışdan əvvəl satışa çıxarılan arıçılıq məhsullarının keyfiyyəti respublika baytarlıq laboratoriyasında yoxlanılıb. Hətta Türkiyənin özündən belə mütəxəssislər cəlb edilib və onlar bizim laborantlarla birgə üç ay ərzində kurs keçiblər. Hər bir arıçı sertifikat əsasında bu yarmarkada iştirak edə bilər. Balın 1 kiloqramı 15 manatdır. Türkiyədən, Rusiyadan və digər ölkələrdən bal gətirilsə belə daxili istehsal bizim tələbatı tam gücü ilə ödəyir".

Bütün xəbərlər Facebook səhifəmizdə