Bu gün Bakıda Kənd Təsərüffatı Nazirliyinin təşkilatçılığı ilə arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası keçiriləcək. SİA-nın məlumatına görə, sərgi paytaxtın Nərimanov rayonunun ərazisində, "Gənclik" və keçmiş "Şuşa" kino-teatrının yaxınlığında, Atatürk prospekti 6-da və Maqsud Əlizadə 133 küçələrinin kəsişdikləri yerdə keçiriləcək.
Arıçılıq məhsullarının sərgi-satış yarmarkasında 49 rayondan 200 nəfər arıçı iştirak edəcək. Satışa 300 ton bal, 40 kq vərəmum, 1 kq arı südü, 25 kq çiçək tozu çıxarılacaq. Alimlərin, mütəxəssislərin, arıçıların və arıçılılar cəmiyyətlərinin təklifləri nəzərə alınaraq, 1 kq yüksək keyfiyyətli bal 15 manata satılacaq.
Qeyd edək ki, arıçılıq məhsullarının sərgi-satış yarmarkası oktyabrın 17-dən noyabrın 5-dək davam edəcək. Bu arada onu da xatırladaq ki, arıçılıq məhsullarının sərgi-satış yarmarkası başlamamışdan əvvəl oktyabrın 1-dən 17-dək satışa çıxarılan arıçılıq məhsullarının keyfiyyəti respublika baytarlıq laboratoriyasında yoxlanılıb və bununla da keyfiyyətsiz məhsullar satışa buraxılmayacaq.
Arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasının iştirakçılarıbölgülərə əsasən, şəhər və rayon icra hakimiyyətləri tərəfindən müəyyənləşdirilib və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dəvət olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB