Ötən gün Zaqatalada İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı, Zaqatala Rayon İcra Hakimiyyətinin dəstəyi ilə sahibkarlar üçün "Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması" mövzusunda treninq keçirilib.
Treninqdə Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin, Zaqatala Rayon İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Bölməsinin əməkdaşları, eləcə də Zaqatala rayonunda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlar iştirak edib.
Tədbirdə həmçinin, sahibkarlara risklərin mahiyyəti, biznesdə risklərin azaldılması yolları, sığortanın əhəmiyyəti və zəruriliyi, bu sahədə mövcud qanunvericilik və s. barədə ətraflı məlumat verilib, "Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması" mövzusunda təqdimat keçirilib.
Bununla yanaşı, İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar və s. barədə məlumat da iştirakçıların diqqətinə çatdırılıb.
Tədbir çərçivəsində sahibkarlara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış tədris-mpetodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB