TANAP layihəsi başlanır

Gələn ilin sonunda Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi çərçivəsində tikinti işlərinə başlanması nəzərdə tutulur. SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev deyib. O bildirib ki, şirkət gələn il qaz kəmərinin tikintisi üçün torpaq sahələrinin satın alınmasına başlamaq niyyətindədir. R.Abdullayevin sözlərinə görə, layihə çərçivəsində bütün layihə və normativ-hüquqi işlər qaz kəmərinin reallaşdırılmasının sürətləndirilməsi üçün paralel aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə