Nazir: \"İrandan Azərbaycana gələn telefon trafikində heç bir məhdudiyyət yoxdur\"

Nazir: \"İrandan Azərbaycana gələn telefon trafikində heç bir məhdudiyyət yoxdur\"

\"Bu gün Azərbaycandan İrana, İrandan isə Azərbaycana gələn telefon trafikində heç bir məhdudiyyət yoxdur\". SİA-nın məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə açıqlamasında bildirib.


Onun sözlərinə əsasən, eyni zamanda hər iki tərəfdən elektron monitorinqlər uğurla davam edir. \"Heç bir tərəfdən telefon danışıqları ilə bağlı məhdudiyyətlər yoxdur. Biz bu istiqamətdə İranla çox fəal işlər aparırıq. İslam Respublikası həmçinin Azərbaycandan müəyyən qədər internet xidmətlərini də alır. Texniki baxımdan İranla Azərbaycanın rabitə sahəsində heç bir problemi yoxdur\", - Əli Abbasov deyib.


Nazir vurğulayıb ki, son zamanlar iki ölkə arasında radioteleviziya verilişlərinin sərhəd boyu yayımında da çox əhəmiyyətli razılıqlar əldə olunub: \"Bu istiqamətdə texniki tənzimlənmə çərçivəsində də bizdə problem yoxdur. Sərhəd boyu ərazilərdə İranda Azərbaycanın, Azərbaycanda isə İranın radio və televiziyalarının verilişləri yayımlanır. Bu da yayımın kiçik bir hissəsini təşkil edir və məsələ Beynəlxalq Hüquq Normalarına uyğun olaraq hər iki tərəfdən tənzimlənir\".

Bütün xəbərlər Facebook səhifəmizdə