Vüqar Bayramov: “Əmanətlər yalnız Azərbaycan vətəndaşlarına şamil olunacaq” - MÖVQE

1992-ci il yanvarın 1-dən sonra qoyulan əmanətlər vətəndaşlara geri qaytarılmayacaq. SİA-nın xəbərinə görə, bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib.


Onun sözlərinə görə, bu gündən etibarən keçmiş SSRİ əmanət banklarında əmanətləri olan vətəndaşlarımız \"Kapital bank\"ın rayon və şəhər filiallarına müraciət etməklə əmanətlərini geri ala bilərlər: "1 yanvar 1992-ci il tarixinə qədər əmanəti olan əmanətçilərə birdəfəlik fərdi ödəmənin verilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Maliyyə Nazirliyi və "Kapital Bank" ASC tərəfindən əmanətlərin daha sərbəst, eləcə də növbəsiz qaytarılması məqsədilə ölkəmizin bütün rayon və şəhərlərində ümumilikdə 143 məntəqə yaradılıb ki, bu məntəqələrdən 65-i Bakı şəhərində, 78-i respublikamızın digər regionlarında fəaliyyət göstərir. Bununla belə əmanəti yerləşdirən şəxs əmanəti yerləşdirildiyi rayonun Kapital bankına müraciət etməklə əmanətinin geri qaytarılmasını təmin edə bilər. Bu zaman vətəndaşın hansı rayonda əmanəti yerləşdirilməsi olduqca vacibdir. Sənədlər 2012-ci ilin 31 dekabrınadək qəbul olunacaq. Əmanətlərin verilməsi üçün ayrılan son tarix isə 2013-cü ilin 31 dekabrınadək müəyyənləşdirilib. Onlar bu vaxt ərzində kapital bankın uğun məntəqələrinə müraciət etməsələr həmin şəxslərə əmanətlərin verilməsi təmin olunmayacaq. Vətəndaşlar son altı ay ərzində əmanətlərin qaytarılması ilə bağlı ayrılmış muvafiq yerlərə müraciət etsinlər".


Ekspert hesab edir ki, əmanətlərin qaytarılması mexanizmi olduqca sadədir: "Bu zaman vətəndaş \"Kapital bank\"a gələrək orada ərizə formasını doldurmalıdır. Həmin ərizə forması həm Kapital bankın həm də Maliyyə Nazirliyinin internet ünvanlarında vardır. Bununla belə vətəndaşın şəxsiyyət vəsiqəsi və əmək kitabçası əmanətin verilməsi üçün muvafiq məntəqəyə təqdim olunmalıdır. Əmanətlər yalnız Azərbaycan vətəndaşlarına şamil olunacaq. Əgər əmanət kitabçası korlanıbsa və yaxud itibsə bu zaman vətəndaş Bakıda eləcə də rayonlarda formalaşdırılan xüsusi komissiyalara müraciət etməlidir. Sözügedən komissiyalarda həmin vətəndaşın əmanət kitabçasının olması və ya itməsi, yararsız hala düşməsi ilə əlaqədar məlumat əks etdirilməlidir. Bu zaman vətəndaş əmanət kitabçasının itməsi ilə bağlı ayrıca bir ərizə forması doldurub xüsusi komissiyaya təqdim edərək əmanətlərini geri ala bilərlər".


V.Bayramlı deyib ki, Dağlıq Qrabağda (DQ) yaşayan erməni əsilli Azərbaycan vətəndaşları da əmanətlərin verilməsi prosesindən yararlana bilərlər: "Bu o halda baş verəcək ki, onlarda mütləq bizim vətəndaşlığımızı qəbul etməlidirlər. Hüquqi cəhətdən DQ Azərbaycan ərazisidir. Belə olan təqdirdə birmənalı şəkildə onların əmanətlərinin alınması ilə bağlı hər hansı bir qadağa qoyulmayıb. Əgər əmanətçi dünyasını dəyişibsə, onda həmin əmanət onun varisinə qaytarılacaq. Bu zaman həmin varis notariusa orqanlarında varislik haqqında təsdiq olunmuş sənədi eləcə də ərizə forması, şəxsiyyət vəsiqəsi və əmanət kitabçasını \"Kapital bank\"a təqdim etməklə əmanətini geri ala bilər. Əmanətlərin qaytarılması zamanı indeksasiya sistemindən istifadə olunacaq. Bu sistemə əsasən əmanətlər qaytarılan zaman 2 min, 5 min və 10 mindən artıq interval əsasında indeksasiya sitemi hazırlanıb".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...