Osman Gündüz: “\"Elektron hökumət\"lə bağlı heç bir internet resursu yaradılmayıb” - MÖVQE
Onun sözlərinə görə, dövlət qurumlarının resurslarına, saytlarına baxdıqda görə bilərik ki, orada az sayda xidmətlər var ki, o da elektron formadadır: "Amma prezidentin imzaladığı fərmanda söhbət vahid elektron portaldan gedirdi. Bu əslində elektron hökumət layihəsi idi. Elektron hökumət layihəsi ilə bağlı büdcədən 10 milyona yaxın vəsait ayrılıb".
Mərkəzi icra orqanlarının "off-line" təqdim etdiyi xidmətlərin ümumi bir siyahısı yoxdur, deyən O.Gündüz qeyd edib ki, dövlət qurumları tərəfindən hansı xidmətlərin hansı prinsiplər əsasında elektron formaya keçirmək üçün təqdim olunduğu və neçə faiz təşkil etdiyi məlum deyil: "Sərəncamda nəzərdə tutulan portal, onun strukturu və konsepsiyası haqqında hökumət sənədi hələ də ortalıqda yoxdur, elektron formaya keçidi əks etdirən bir keçid planı, "elektron hökumət"in formalaşması ilə bağlı konseptual bir sənəd hazırlanmayıb, "elektron hökumət" və ümumiyyətlə, informasiyalaşma ilə bağlı hər hansı koordinasiya qurumu formalaşmayıb, elektron bələdiyyə ilə bağlı ayrıca dövlət proqramının qəbuluna çox ciddi ehtiyac var, "elektron hökumət"lə bağlı dövlət proqramının heç bir internet resursu yaradılmayıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB