Son 5 ildə Azərbaycanda sənaye məhsullarının istehsalı 1,4 dəfədən çox artıb

Son 5 ildə Azərbaycanda sənaye məhsullarının istehsalı 1,4 dəfədən çox artıb

Son 5 ildə Azərbaycanda sənaye məhsullarının istehsalı 1,4 dəfədən çox artıb. SİA-nın verdiyi xəbərə görə, bunu iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov bu gün Bakıda keçirilən BMT Sənaye İnkişaf Təşkilatı (UNİDO) və İqtisadi İnkişaf Nazirliyinin birgə təşkilatçılığı ilə sənaye parkları üzrə regional konfransda bildirib.

Onun sözlərinə görə, bu dövrdə ölkə sənayesinin əsas aparıcı qüvvəsi neft və təbii qaz hasilatı olub. Belə ki, xam neft hasilatı 1,5 dəfədən çox artıb, neft hasilatı 2010-cu ildə 50,8 mln. tona, qaz hasilatı isə 26,3 mlrd kub metrə çatıb. Cari ilin ötən dövrü ərizində ölkədə 9,4 milyardılıq sənaye məhsulu istehsal olunub.

N.Səfərov vurğulayıb ki, həyata keçirilən tədbirlər nəticəsində qeyri-neft sektorunda son 10 ildə 10,8 faiz orta illik artım tempinə nail olunub, qeyri-neft ÜDM-i 2,8 dəfə artıb: \"İİN tərəfindən hazırlanmış ortamüddətli əsas makroiqtisadi göstəricilərin proqnozları növbəti illər üzrə də Azərbaycan iqtisadiyyatının inkişafının istiqamətlərini təsbit edir. Belə ki, 2015-ci ilədək hazırlanmış proqnozlara əsasən, bu il də iqtisadi artım 4,6 faiz təşkil edəcək. ÜDM-in nominal dəyəri 59,3 milyard ABŞ dolları olacaq. Bütövlükdə, Azərbaycanda 2015-ci ildək orta illik iqtisadi artım 5,4 faiz proqnozlaşdırılır. 2012-ci ildə əsas kapitala yönəldilmiş investisiyaların 11,9 faiz artaraq 18,5 mlrd ABŞ dollar, 2015-ci ilədək isə ümumilikdə 65,1 mlrd ABŞ dollar olacağı proqnozlaşdırılır. Əsas kapitala xarici investisiyaların 2012-ci ildə 5 mlrd ABŞ dolları olmaqla 2015-ci ilədək orta hesabla 13,9 faiz artaraq ümumilikdə 21,2 mlrd ABŞ dolları təşkil edəcək. Davam edən dünya iqtisadi böhranı nəzərə alsaq, bu, yaxşı göstəricidir\".

Bütün xəbərlər Facebook səhifəmizdə