Azərbaycanın maliyyə şirkətləri beynəlxalq forumda təmsil olunacaq

Azərbaycanın maliyyə şirkətləri beynəlxalq forumda təmsil olunacaq

Aprelin 4-dən 8-dək Özbəkistanda 5-ci Daşkənd Beynəlxalq investisiya və maliyyə forumu keçiriləcək. SİA-nın xəbərinə görə, beynəlxalq tədbirdə iştirak etmək üçün Azərbaycanın bankları, sığorta və lizinq şirkətləri, mikrokredit təşkilatları, lombard, və digər maliyyə təşkilatları tədbirdə iştirak etməyə dəvət olunublar.

Forumda Özbəkistanın bank, sığorta, lizinq və qiymətli kağızlar bazarında investisiya imkanları müzakirə olunacaq. Bundan əlavə, forum çərçivəsində sığorta və yenidənsığorta üzrə 5-ci Daşkənd Beynəlxalq konfransı, lizinq üzrə 4-ci Daşkənd Beynəlxalq konfransı, banklar, qiymətli kağız bazarı iştirakçıları və kredit təşkilatları üzrə 1-ci Daşkənd Beynəlxalq konfransı, 1-ci maliyyə xidmətləri sərgisi, maliyyə üzrə ixtisaslaşmış 1-ci iş yarmarkası açılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə