Mərkəzi Bankda “MHBS-in “Maliyyə alətləri” adlı 9-cu standartların əsas prinsipləri” mövzusunda seminar keçirilir
Mərkəzi Bank və "Ernst&Young" audit şirkətinin birgə təşkilatçılığı ilə "Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının (MHBS) "Maliyyə alətləri" adlı 9-cu standartların əsas prinsipləri" mövzusunda seminar keçirilir.
Mərkəzi Bankın Kommunikasiya departamentindən SİA-ya verilən xəbərə görə, iki gün davam edəcək treninqlər "Ernst&Young" audit şirkətinin Moskva və Paris ofisinin mütəxəssisləri tərəfindən aparılır.
Seminarda MHBS-in "Maliyyə alətləri: tanınma və qiymətləndirmə" adlı 39-cu standartının 2015-ci ildən "Maliyyə alətləri" adlı 9-cu standartla (MHBS 9) əvəz edilməsi, o cümlədən yeni MBHS 9 standartının tətbiqi nəticəsində maliyyə aktivləri üzrə mövcud uçot və hesabatlığa dair məsələlər əhatə olunacaq. Həmçinin seminarda maliyyə aktivlərinin təsnifləşdirmə, qiymətləndirmə metodikası, risklərin açıqlanması tələbləri, və kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün ehtiyatların qiymətləndirilməsi metodologiyasında mühüm dəyişikliklərə dair məsələlər də müzakirə olunacaq.
Seminarda kommersiya banklarının maliyyə bölmələrinin rəhbərləri, baş mühasibləri ilə yanaşı Mərkəzi Bankın müvafiq departamentlərinin əməkdaşları , Dövlət Neft Fondu və Xəzər Beynəlxalq İnvestisiya Şirkətinin nümayəndələri də iştirak edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB