İpoteka Fondunun istiqrazları üzrə hərrac keçirilib

İpoteka Fondunun istiqrazları üzrə hərrac keçirilib

Bu gün Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun ümumi həcmi 20 mln. manat təşkil edən, AZ200400868 dövlət qeydiyyat nömrəli faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının sonuncu 3 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilib.


SİA-nın fonda istinadən verdiyi məlumata görə, istiqrazlar cari qiymətlə satışa çıxarılıb.

Hərracda 3 investor iştirak edib. Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi (3 mln. manat) dəfələrlə üstələyərək 36 497 000 manat təşkil edib və nəticədə hərraca çıxarılmış həcm tam yerləşdirilib.


İstiqrazların dövriyyədəki həcmi 20 mln. manata çatıb.


Bütün xəbərlər Facebook səhifəmizdə