Fevralın 29-da Brüsseldə (Belçika) Avropa Komissiyasının təşkilatçılığı ilə TRACECA Proqramının II investisiya forumu çərçivəsində təşkil ediləcək "Logmos" (logistik proseslər) mövzusunda texniki seminar keçiriləcək.
Nəqliyyat Nazirliyindən SİA-ya verilən məlumata görə, nazirliyin də təmsil olunacağı seminarda müasir nəqliyyatın ən aktual problemləri, o cümlədən logistik mərkəzlərin əhəmiyyəti ilə bağlı müzakirələr keçiriləcək, dünyanın aparıcı dövlətlərinin təcrübəsi və ən qabaqcıl texnologiyası ilə bağlı fikir mübadiləsi aparılacaq.
Tədbirdə Nəqliyyat Nazirliyinin nümayəndəsi ilə birgə "Azərbaycan Dəmir Yolları" QSC və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının nümayəndələri də iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB