Neftin qiyməti yenidən dəyişib

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. SİA-nın məlumatına görə, Nyu-Yorkun "NYMEX" (New York Merchantile Exchange) birjasında "Layt" markalı neftin bir barrelinin qiyməti 1,29 dollar qalxaraq 103,60 təşkil edib. Londonun İCE (İnterContinental Exchange Futures) birjasında keçirilən hərraclarda "Brent" markalı neftin bir barrelinin qiyməti 53 sent aşağı düşərək 119,58 dollar olub.


Bütün xəbərlər Facebook səhifəmizdə