ARDNŞ yanvarda 10739 metr qazma işi yerinə yetirib

ARDNŞ yanvarda 10739 metr qazma işi yerinə yetirib

2012-ci ilin yanvar ayı ərzində Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla, 10739 metr qazma işi həyata keçirib.

ARDNŞ-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu sahədə görülmüş işlərin 10034 metri istismara, 705 metri kəşfiyyata aid olub. Həyata keçirilmiş kəşfiyyat qazmasının 240 metri isə struktur axtarış qazmasına aiddir.

Bütün xəbərlər Facebook səhifəmizdə