“Mingəçevir” SES-də indiyədək 66 milyard kVt/saatdan çox elektrik enerjisi istehsal edilib

“Mingəçevir” SES-də indiyədək 66 milyard kVt/saatdan çox elektrik enerjisi istehsal edilib

"Mingəçevir SES Silsiləsi"ndə ötən il 1 milyard 14 milyon kVt/saat elektrik enerjisi istehsal olunub ki, bu da illik proqnozların yerinə yetirilməsi deməkdir. "Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, "Mingəçevir" SES-in istismar olunduğu 57 il ərzində burada 66 milyard kVt/saatdan çox elektrik enerjisi istehsal edilərək enerji sistemə ötürülüb.


Müəssisədə ötən ildən əsaslı yenidənqurma işlərinə start verilib. Hazırda "Mingəçevir" SES-in 1 və 3 saylı hidroaqreqatları tam sökülüb, turbinlərin hissələri dəstləşdirilib və çatışmayan ehtiyat hissələrinin siyahısı bir daha dəqiqləşdirilib. Artıq 3 saylı turbinin yığılması üçün bütün hissələr mövcuddur. Həmçinin, bu aqreqatın disk bağlayıcısı bağlanılıb və turbinin yığılması üçün şərait yaradılıb. 140 MVA-lıq 3 saylı transformatorun əvəzinə 200 MVA-lıq transformator alınaraq stansiyaya gətirilib.


Yeri gəlmişkən, stansiya inşa olunandan baş idarəetmə şiti binanın aşağı hissəsində yerləşirdi. İndi onun üçün ayrıca bina inşa edilir. Artıq binanın zirzəmisi və birinci mərtəbəsinin divarları hörülüb. Bununla yanaşı 110, 220 və 330 kV-lik açıq paylayıcı qurğunun inşası üçün ayrılmış torpaq sahələrində tikinti-quraşdırma işləri davam edir. Mexaniki təmir korpusunun yarımçıq tikintisi başa çatdırılıb və burada son tamamlama işləri görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə