Cənubi Koreyanın iş adamları Sumqayıt Kimya Sənaye Parkında olublar
ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyində Cənubi Koreyanın "KOTRA" (Koreya Ticarət İnvestisiyalarının Təşviqi Agentliyi) və "KOPIA" (Koreya Sənaye Müəssisələri Birliyi) təşkilatlarının nümayəndələri ilə görüş keçirilib. SİA-nın məlumatına görə, Cənubi koreyalı iş adamları respublika iqtisadiyyatının müxtəlif sahələrinə, o cümlədən neft-kimya sənayesinə investisiya qoyulmasına, yeni inşa ediləcək müəssisələrin müasir texnoloji avadanlıqla təminatına maraq göstəriblər. Onlar yeni obyekt və qurğuların tikintisində iştirak etmək istədiklərini bildiriblər. Koreyalı iş adamları Sumqayıt Kimya Sənaye Parkında inşa ediləcək yeni Parkın geniş ərazisində onlarla özəl şirkət və birgə müəssisələrin yaradılmasının nəzərdə tutduqlarını deyiblər. Bu isə kiçik və orta biznesin inkişafında, məhsul istehsalının stimullaşdırılmasında mühüm rol oynayacaq. Diqqətə çatdırılıb, Koreya şirkətləri həm investiysiya qoyuluşu, həm ekoloji layihələri, modern və unikal qurğuları, həm də mütəxəssisləri ilə Sumqayıt Kimya Sənaye Parkı layihəsində yaxından iştirak edə bilərlər. İşgüzar görüşdə tərəflər səmərəli əməkdaşlıq imkanları haqda fikir mübadiləsi aparıb, gələcəkdə də bu müzakirələrin davam etdirilməsi barədə razılığa gəliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB