ARDNŞ qanunsuz zəbt edilmiş ərazilərdə monitorinq aparıb-FOTOSESSİYA
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) daimi istifadəsinə ayrılmış sənayə təyinatlı torpaq sahələrində, eləcə də neft-qaz obyektlərinin mühafizə zolağında qanunsuz tikililərlə bağlı yaranmış vəziyyətin öyrənilməsi və ictimaiyyətin bu haqda məlumatlandırılması məqsədi ilə Binəqədi Oyl Əməliyyat şirkəti- Balaxanı NQÇ- Ramana qəsəbəsi üzrə növbəti dəfə reyd keçirilib. SİA-nın xəbərinə görə, ARDNŞ-in Hüquq, Təhlükəsizlik idarəsinin, şirkətin baş ofisinin müvafiq şöbələrinin nümayəndələrinin, habelə KİV-in iştirak etdiyi reyddə monitorinq iştirakçıları əvvəlcə həmin ərazilərdə ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən qanunsuz aparılmış tikililərlə tanış olub. Qeyd olunub ki, Dövlət Neft şirkəti tərəfindən mədən torpaqlarında qanunsuz tikililər aparılmasına qarşı mübarizə son vaxtlar nə qədər gücləndirilsə də lakin buna baxmayaraq analoji faktlar getdikcə artmaqdadır. Daha sonra monitorinqin nəticələri əlaqədar Dövlət Neft Şirkətində jurnalistlər üçün mətbuat konfransı keçirilib. Konfransı giriş nitqi ilə açan ARDNŞ-nın Hüquq idarəsinin rəisi Eldar Orucov bildirdi ki, Dövlət Neft şirkəti tərəfindən qanunsuz tikintilərin aparılmasına qarşı müvafiq tədbirlər görülür: "İndiyədək ARDNŞ və onun struktur təşkilatları tərəfindən ayrı-ayrı vətəndaşlara qarşı aidiyyəti məhkəmələrə 12000 yaxın iddia verilib". Həmin iddiaların böyük bir qismi ilə bağlı məhkəmə qərarlarının olduğunu vurğulayan E.Orucov "Binəqədi Oyl" əməliyyat şirkətinin istifadəsinə ayrılmış torpaq sahələrində özbaşına tikililərin sökülməsi tələbi ilə Binəqədi rayon məhkəməsinə daha 800 ədəd iddianın verilməsinin nəzərdə tutulduğunu sözlərinə əlavə edib. Bildirilib ki, məhkəmələrin çıxardığı qərarlar icra olunmaq üçün müvafiq ədliyyə orqanlarına göndərilir. E. Orucov son bir neçə ayda ARDNŞ-ə torpaq mübahisələri ilə bağlı 500-dək müraciət daxil olunduğunu deyib. Onun sözlərinə şirkətə daxil olan müraciətlər cavablandırıldıqdan sonra DNŞ-ə məxsus ərazilərdə qanunsuz tikinti işlərinin aparılmasının qadağan olunması, mədən ərazilərində yerləşən sənaye təyinatlı torpaq sahələrinin yalnız təyinatı üzrə istifadə edilməlidir.
Sonda jurnalistləri maraqlandıran suallara aydınlıq gətirilərək bildirilib ki, ARDNŞ qarşısında duran ən mühüm məsələmədən torpaqlarında yeni tikililərin qarşısının alınmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB