Qazaxda sahibkarlara kreditlər verilib

Qazaxda sahibkarlara kreditlər verilib

Qazaxda sahibkarlara kreditlər verilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, tədbirdən öncə İqtisadi İnkişaf Nazirliyinin xətti ilə 1 il ərzində maliyyələşdirilən obyektldərin təqdimat mərasimi keçirilib.

Məlumat verilib ki, son bir il də illik istehsal gücü 21 min ton tutumu olan Qazax Konserv Zavodu fəaliyyətə başlayıb. Bundan əlavə Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində sahibkarlıq fəaliyyəti genişlənlirilib, infrastruktur yaxşılaşdırılıb, əhalinin məşğullğu təmin edilib. Ümumilikdə isə Gəncə-Qazax iqtisadi rayonu üzrə sahibkarlıq subyektlərinin 196 investisiya layihəsinə 118 mln. manat xərclənib. İş adamlarına isə 2 mln. manat kredit verilib. Bu dəfəki tədbirə gəlincə, dövlət xətti ilə 41 sahibkara 551 min manat kredit paylanıb. Vəsaitlər əsasən üzümçülük və kartofçuluğun inkişafına xərclənəcək.


İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə