“Günəşli” yatağında 2 quyu əsaslı təmirdən sonra istismara verilib
"Günəşli" yatağında 2 quyu əsaslı təmirdən sonra istismara verilib. ARDNŞ-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yataqdakı 8-ci özüldən 142 nömrəli, 10-cu özüldən 61 nömrəli quyular aparılmış texniki-geoloji tədbirlərdən sonra istismara verilib.
142 nömrəli quyu sutkada 65 ton neft, 61 nömrəli quyu isə sutkada 10 ton neft və 110 000 kubmetr qaz hasilatı ilə işləyir. Təmir işləri \"28 May\" NQÇİ-nin Quyuların əsaslı və yeraltı təmiri sexi tərəfindən həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB