Heyvandarlıq məhsulları istehsalı 3.6 faiz artıb

Dekabrın 1-nə olan məlumata görə, qarğıdalı da daxil olmaqla 2457.9 min ton taxıl, 938.5 min ton kartof, 1196.5 min ton tərəvəz, 58.0 min ton pambıq, 761.2 min ton meyvə və giləmeyvə, 477.9 min ton bostan məhsulları, 135.0 min ton üzüm, 235.3 min ton şəkər çuğunduru, 3.6 min ton tütün, 513.6 ton yaşıl çay yarpağı toplanıb. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, diri çəkidə 417.2 min ton ət, 1491.5 min ton süd, 916.5 milyon ədəd yumurta və 15.9 min ton yun istehsal olunub. Kartof və yaşıl çay yarpağı istisna olmaqla qalan bitkiçilik məhsulları və yumurta istisna olmaqla heyvandarlıq məhsullarının istehsalı keçən illə müqayisədə artıb. Dəyər ifadəsində bitkiçilik məhsulları istehsalı 9.4 faiz, heyvandarlıq məhsulları istehsalı 3.6 faiz və kənd təsərrüfatının ümumi məhsulu 6.8 faiz artıb. 2012-ci ilin məhsulu üçün 965.3 min hektar sahədə şum qaldırılıb, 831.3 min hektar sahədə dən üçün taxıl, o cümlədən 598.9 min hektar sahədə buğda, 232.4 min hektar sahədə arpa səpilib.


Bütün xəbərlər Facebook səhifəmizdə