Bakı-Böyük Kəsik sahəsində təmir başa çatdı

Bakı-Böyük Kəsik sahəsində təmir başa çatdı

Bakı-Böyük Kəsik sahəsində 317 km yolun və Tovuz-Tatlı sahəsinin 99-104-cü kilometrində daha 5 km dəmir yolunun əsaslı təmiri başa çatıb. "Azərbaycan Dəmir Yolları" QSC-dən verilən məlumata görə, təmir işləri "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin 4 və 11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları tərəfindən aparılıb. Təmirdən sonra bu yollarda qatarların hərəkət sürətini artırmaq mümkün olacaq.


Qeyd edək ki, Azərbaycan Respublikası Hökuməti və Dünya Bankı tərəfindən maliyyələşdirilən "Dəmir Yolu Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi Layihəsi" çərçivəsində Çexiyanın "İxrac" Bankı ilə 215 milyon avro məbləğində Kredit Sazişi imzalanıb.


Bütün xəbərlər Facebook səhifəmizdə