Saxlama müddəti ötmüş ərzaq malları aşkarlanıb

Saxlama müddəti ötmüş ərzaq malları aşkarlanıb

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinqlər keçirilib. Nazirlikdən SİA-ya verilən məlumata görə, monitorinqlər zamanı;

Bakının Xətai rayonunda,

Cavanşir küçəsi, ev 2 ünvanında yerləşən "Sizin market"də; Gəncə prospekti, ev 29 ünvanında yerləşən "Alsu market"də; M.Hadi küçəsindəki "Kopeyka market"də, \"Lyuks market"də;

Nizami rayonunda,

Q.Qarayev prospekti, ev 96 ünvanında yerləşən "Qasid market"də; Keşlə qəsəbəsində Təbriz Məmmədliyə məxsus mağazada və "Fidan market"də;

Nərimanov rayonunda,

A.Heydərov küçəsində Eldəniz Qurbanova və Anar İmanova məxsus mağazalarda; A.Nemətulla küçəsi, ev 33, mənzil 13 ünvanında yerləşən "Sevimli Dad market"də; Gəncə şəhərində Avtozavod qəsəbəsində Füzuli Hüseynova məxsus mağazada; Poçt qəsəbəsində Azər Qasımova məxsus mağazada;

Saatlı rayonunda

H.Əliyev prospektində Seymur Ağamirzəyevə və Vüqar İskəndərova məxsus mağazalarda ümumi çəkisi 250 kq-a yaxın olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.


Bütün xəbərlər Facebook səhifəmizdə