“Qara qızıl” bahalaşıb

Neft yenidən bahalaşıb. SİA-nın xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 2,04 dollar və ya 2,1 faiz artaraq 1 barelə görə 97,78 dollar təşkil edib.

London qitələrarası birjasında dekabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,40 dollar və ya 1,3 faiz artaraq 113,71 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə