İstehlakçıların “Elektrik enerjisindən istifadə qaydaları”na riayət etmələrinin yoxlanılması istiqamətində reydlər keçirilir
İstehlakçıların "Elektrik enerjisindən istifadə qaydaları"na riayət etmələrinin yoxlanılması istiqamətində reydlər keçirilir. Bu barədə SİA-ya "Azərenerji" ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, aşkar edilən pozuntuların qarşısı vaxtında alınır və həmin istehlakçılar barəsində müvafiq tədbirlər görülür.
"Azərenerji" ASC-nin mətbuat xidmətinə Qusar elektrik şəbəkəsindən (EŞ) daxil olan məlumata görə, cari ilin iyulunda müəssisənin xidməti ərazisində keçirilən reydlər zamanı 8 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilib. Aşkar edilən qayda pozuntuları üzrə tərtib edilən aktlar üzrə müvafiq qaydada hesabatlar aparılaraq 6,5 min kilovatsaata yaxın itirilən elektrik enerjisinin 388 manata yaxın istehlak dəyəri bərpa edilib.
Qeyd edək ki, cari ilin 7 ayı ərzində isə sözügedən müəssisə üzrə 138 qayda pozuntusu aktı tərtib olunmuş, 248 min kilovatsaata yaxın itirilən elektrik enerjisinin 14,9 min manata yaxın istehlak dəyəri bərpa edilib. Bunun da 113,1 min kilovatsaata və ya 6,8 min manata yaxını məişət abonenti (əhali) istehlakçısı qrupunun payına düşür.
Şabran EŞ-dən əldə edilən məlumata görə, cari ilin iyul ayında müəssisənin xidməti ərazisində 7 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 13,3 min kilovatsaatdan artıq itirilən elektrik enerjisinin 800 manatdan çox istehlak dəyəri bərpa edilib.
Cari ilin 7 ayı ərzində isə keçirilən reydlər zamanı 141 istehlakçının qayda pozması faktı aşkar edilərək 434,3 min kilovatsaata yaxın itirilən elektrik enerjisinin istehlak dəyəri bərpa edilib. Bunun da 198,6 min kilovatsaatdan çoxu və ya 12 min manata yaxını məişət abonenti (əhali) istehlakçısı qrupunun payına düşür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB