Bakıda enerji statistikası üzrə beynəlxalq seminar keçiriləcək
BMT-nin Statistika Departamentinin təşkilatçılığı ilə 27-30 sentyabr 2011-ci il tarixdə Dövlət Statistika Komitəsində enerji statistikası üzrə beynəlxalq regional seminar keçiriləcək. SİA-nın komitəyə istinadən verdiyi xəbərə görə, tədbirin keçirilməsində əsas məqsəd BMT-nin Statistika Komissiyasının 2011-ci il fevral ayında keçirilmiş 42-ci sessiyasında qəbul edilmiş "Enerji statistikasına dair beynəlxalq tövsiyələr"in təcrübədə tətbiqi və hazırlanmaqda olan "Enerji statistikasının aparılmasına dair vəsait"in müzakirə olunmasıdır. Bununla bərabər, seminarda enerji statstikası ilə bağlı konseptual çərçivə, hüquqi baza və institutisonal tədbirlər, təsnifatlar, məlumat mənbələri və onların toplanması, enerji balansının tərtibi, enerji hesabının qurulması, enerji göstəriciləri, məlumatların keyfiyyəti və metaməlumatlar, məlumatların yayılması və s. mövzular üzrə çıxışlar və ayrı-ayrı ölkələrin təcrübələri haqqında fikir mübadiləsi aparılacaqdır. |
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB