“Apple” şirkətinin prezidenti Stiv Cobs istefa verib

“Apple” şirkətinin prezidenti Stiv Cobs istefa verib

Bir müddət əvvəl, daha dəqiq desək, yanvar ayında səhhətində yaranan problemlərlə əlaqədar olaraq bir müddətlik məzuniyyətə çıxan S.Cobs bu dəfə postunu bir dəfəlik tərk edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, S.Cobs işdən ayrılması ilə bağlı məktub yazıb. Məktubda onun bu addımı atmağa səhhətində yaranan problemlər vadar etdiyini vurğulayan şirkət sahibi, onun yerinə keçəcək insanın "Apple"ın nüfuzunu qoruya biləcək gücdə biri olmasını arzuladığını bildirib. O, bu posta yanvardakı hadisə zamanı müvəqqəti onu əvəzləyən Tim Kuku layiq görür.

Xatırladaq ki, "Apple" firmasının əsasını 1976-cı ildə Stiv Cobs və Stiv Vozbnyak qoyub. 1981-ci ildə Stiv Vozbnyakın təyyarə qəzasında ölümü nəticəsində S.Cobs özü bu şirkətə rəhbərlik edib.

Bütün xəbərlər Facebook səhifəmizdə