DəmirBank-ın aktivləri 1 avqust 2011-ci il tarixinə 338,3 mln. manat təşkil edib, bu isə ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 46,1 mln. manat və ya 15,8% çoxdur. SİA-nın xəbərinə görə, müştərilərə verilən kreditlərin həcmi isə bu dövr ərzində 31 mln. manat və ya 14,9% artaraq 239,9 mln. manatı keçib.
Bankda müştəri depozitlərinin həcmi 1 avqust 2011-ci il tarixinə 138,5 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 1 avqust 2011-ci il tarixinə 95,3 mln. manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 15,9% və ya 13,1 mln. manat çoxdur.
Bankın nizamnamə kapitalı 1 avqust 2011-ci il tarixinə 20 mln. manat, məcmu kapitalı isə 47,9 mln. manat olub.
Ölkənin ilk banklarından olan DəmirBank (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB