Bankomatlar və Pos-terminallar vasitəsilə aparılan əməliyyatların sayı artır

Bankomatlar və Pos-terminallar vasitəsilə aparılan əməliyyatların sayı artır

2011-ci il iyul ayının 1-nə Azərbaycan Respublikası üzrə bankomatların sayı 1985 ədəd olub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 208 ədəd çoxdur. Mərkəzi Bankın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, cari ilin iyulun 1-nə bankomatların 1101-i Bakı şəhərində, 884-ü isə digər şəhər və rayonlarda yerləşir.

Bu dövrdə Azərbaycan Respublikası üzrə Pos-terminalların sayı 10609 ədəd olmuşdur. Cari dövrdə pos-terminalların 9703-ü Bakı şəhərində, 906-sı isə digər regionlarda yerləşir.

2011-ci il iyul ayının 1-nə Azərbaycan Respublikası üzrə dövriyyədə olan ödəniş kartlarının sayı keçən ilin müvafiq dövrünə nisbətən 5,9% artaraq 4 milyon 393 min ədədə çatmışdır. Bankomatlar və Pos-terminallar vasitəsilə ödəniş kartları ilə aparılan əməliyyatların sayı 3 milyon 830 min ədəd olmuşdur. Onlardan 94,3%-i debet kartlarının payına düşür.

Bütün xəbərlər Facebook səhifəmizdə