Milyardçı Baffet ABŞ Konqresinə supervarlıların vergilərini artırmasını məsləhət görüb

Milyardçı Baffet ABŞ Konqresinə supervarlıların vergilərini artırmasını məsləhət görüb
ABŞ-ın ən varlı adamlarından biri Uorren Baffet ABŞ Konqresinə məsləhət görüb ki, hökumət supervarlıların vergilərini artırsın. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 2010-cu il ərzində o, 6,9 milyon dollar gəlir vergisi ödəyib. Milyardçı deyib: \"Belə görünə bilər ki, bu çoxdur. Ancaq mən gəlirimin yalnız 17,4 faizini vermişəm. Milyardçı eyni zamanda hakimiyyət orqanlarına xatırladır ki, fəaliyyət göstərdiyi 60 il ərzində elə dövrlər olub ki, vergilər həddən çox yüksək idi. Lakin bu, nə ona, nə də həmkarlarına iqtisadiyyata vəsait yatırmağa mane olmayıb\".
"Forbes" jurnalının 2011-ci il reytinqinə əsasən Uorren Baffetin varidatı 50 milyard dollardır. Dünyada ondan varlı cəmi iki nəfər var: Karlos Slim (74 milyard dollar) və Bill Qeyts (56 milyard dollar).

Bütün xəbərlər Facebook səhifəmizdə