Göyçayda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanıb
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2011-ci il avqustun 12-də Göyçay rayonunda \"Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi\" mövzusunda tədbir keçirib. SİA-nın xəbərinə görə, tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Göyçay rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:
- müasir ətlik istiqamətli quşçuluq təsərrüfatının yaradılması və ya müasir texnologiyanın tətbiqi ilə yenidən qurulması;
- ətlik və ya südlük istiqamətli müasir heyvandarlıq kompleksinin yaradılması;
- müasir suvarma sisteminin tətbiqi ilə intensiv bağçılıq (nar, üzüm, xirnik və s.) təsərrüfatlarının yaradılması.
Bu gündən etibarən \"Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları\"na uyğun olaraq, sahibkarlıq subyektləri investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB