Məlumat verildiyi kimi, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, M.Müşviq küçəsi, 31A ünvanında Niyazi Fərzəliyevə məxsus sexdə aparılan yoxlama zamanı \"Şəkər Pənir\" adlı qənnadı məmulatının gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal edilməsi, həmin məhsulun yararlılıq müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin olunması səbəbindən sahibkar Niyazi Fərzəliyev barəsində İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. SİA-nın xəbərinə görə, Dövlət Xidmətində istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi ilə bağlı işə baxılmış və \"Haqsız rəqabət haqqında\" Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə Niyazi Fərzəliyevə 443 manat maliyyə sanksiyası tətbiq edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB