210 kq dondurmanın satışına qadağa qoyulub

210 kq dondurmanın satışına qadağa qoyulub
Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 8 mart küçəsi, ev 14 ünvanında Əli Bala Əlizadəyə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı dondurmaların müvafiq reseptura olmadan istehsal edildiyi və məhsulların üzərində normativ-texniki sənədin nömrəsinin düzgün göstərilmədiyi aşkar olunub.
SİA-nın İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə istinadən verdiyi məlumata görə, istehsalat sahəsində dordurmaların müvafiq keyfiyyətdə sabit istehsalı üçün uyğun şəraitin, habelə istehsal edilən məhsulların keyfiyyət və təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi üçün müvafiq laboratoriyanın olmadığı və dondurmaların laborator müayinədən keçirilmədən satışa çıxarıldığı da müəyyən edilib.
Müəssisədə istehsal edilən hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilmişdir.
Qanun pozuntuları ilə əlaqədar dondurma istehsalının, habelə yoxlama zamanı aşkar edilmiş 210 kq dondurmanın satışının dayandırılması və müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması barədə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Əli Bala Əlizadəyə icrası məcburi göstəriş verilib. Araşdırmalar davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə