Britaniya iqtisadiyyatının artım sürəti

Britaniya iqtisadiyyatının artım sürəti

Britaniya iqtisadiyyatının artım sürəti sön 3 ay ərzində yavaşıyıb. SİA-nın məlumatına görə, bunun səbəbini britaniyalı ekspertlər, qismən, aprel ayında istirahət günlərinin nisbətən çox olması ilə izah edirlər.

Britaniya Milli Statistika İdarəsinin (MSİ) məlumatına əsasən, ümumi daxili məhsul (GDP) ikinci rübdə 0.2% artıb.

İlin ilk 3 ayında Britaniya iqtisadiyyatının artımı 0.5% təşkil edib. Lakin bundan əvvəl, 2010 ilin son üç ayı ərzində iqtisadiyyatda 0.5% eniş qeydə alınıb.

Britaniya Milli Statistika İdarəsinə görə, iqtisadi artımın azalmasının digər səbəbləri isti hava şəraiti və Yaponiyada baş vermiş zəlzələ və tsunami ilə bağlı olub.

"Müsbət cəhət odur ki, Britaniya iqtisadiyyatında artım və iş yerlərinin yaradılması davam etdirilir", – Maliyyə naziri Corc Osborn (George Osborne) deyib.

"Digər müsbət hal budur ki, beynəlxalq səhnədə qeyri-sabitlik müşahidə olduğu bir dövrdə Britaniya iqtisadiyyatı sabitlik nümayiş etdirir".

Lakin bir sıra ekspertlər hesab edir ki, iqtisadi artımın azalması hökümət üçün ciddi problemdir və artımın davamlı olması üçün ciddi addımlar atılmalıdır.

"Britaniya iqtisadiyyatı tənəzzüldə də ola bilərdi, hətta texniki baxımdan bu baş verməyibsə də", – Sosial Siyasi Tədqiqatlar İnstitutunun direktoru Nik Pirs (Nick Pearce) deyib.

Onun təbirincə, Londondan kənarda tənəzzül özünü birüzə verməkdədir.

Kölgə hökümətində maliyyə naziri vəzifəsini tutan Ed Bolls (Ed Balls ) Kameron hökümətini bu ilin əvvəlində artırılmış ƏDV dərəcəsəni azaltmağa çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə