"Nokia" şirkəti artıq mobil telefonlar bazarında aktivliyini itirib. SİA-nın xəbərinə görə, "Nokia" şirkətinin məhsulları əvvəlki kimi bazarda rəğbətlə qarşılanmır. Artıq şirkətin qazancında 90 faiz geriləmə, satışlarında isə 27 faiz eniş yaşayır. Dünyanın ən böyük telefon istehsalçısı "Nokia" indi iş yerlərini ixtisara salmağa başlayıb. Dünyanın ən böyük cib telefonu istehsalçısı Nokia 450 işçisini işdən çıxaracağını bildirib. İşdən çıxarmalar mobil oyunlar təmin edilən xidmətlər və inkişaf ofislərinin də içində olduğu müxtəlif sahələrdə olacaq.
Şirkətin Finlandiyadakı mərkəzli ofisindən verilən məlumatda gələcəkdə rəqabət qabiliyyətini qorumaq üçün plan hazırlandığı bildirilib.
Nokia böhranın mobil telefon sektorunu vurması
səbəbiylə bu ilin ilk dörddəbirində qazancının 90 faiz, satışlarının isə 27
faiz düşdüyünü açıqlamışdı. Lakin aprel-iyun aylarında şirkətin itkiləri 487
mln. avro təşkil edib. Halbuki 2010-cu ilin müvafiq dövründə şirkətin mənfəəti
295 mln. avro olub.
Artıq "Nokia"nın smartfon istehsalındakı liderliyi başa çatıb. Şirkətin smartfonları ABŞ-ın "Apple" korporasiyasının məhsulları ilə rəqabətə davam gətirmir. Nəticədə ikinci rübdə "Nokia" cəmi 16,7 mln. smartfon sata bilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB