\"Facebook\" gözlənilən yeniliyi etdi

\"Facebook\" gözlənilən yeniliyi etdi

"Facebook" sosial şəbəkəsinin istifadəçiləri "Skype" vasitəsilə videoçat rejimində əlaqə saxlaya biləcəklər. SİA-nın xəbərinə görə, bunu "Facebook"un yaradıcısı Mark Zukerberq bildirib. Onun sözlərinə görə, "Facebook" və populyar internet-telefoniya xidməti "Skype" yeni əlavəni istifadəyə veriblər. Bu xidmət istifadəçilərə birbaşa profil səhifələrində videoçat rejimində əlaqə yaratmaq imkanı verib.

Bu sövdələşmə "Skype" üçün ilk növbədə daha geniş auditoriyaya çıxış deməkdir. Çünki "Facebook" istifadəçilərinin sayı 750 milyon nəfər təşkil edir. Analitiklər hesab edirlər ki, gələcəklə "Facebook" "Google"nin yeni sosial şəbəkə xidməti ilə rəqabət aparmalı olacaq. "Facebook"un yeni rəqibi fəaliyyətə başlayan gündən öz istifadəçilərinə videokonfrans xidmətini təqdim edib.

Bundan başqa, "Facebook" qrup mətn çatını da təqdim edib. Bu çat sosial şəbəkənin istifadəsilərinə bir neçə dostla eyni vaxtda ünsiyyət qurmaq imkanı verəcək. Analoji xidməti "Google+" sosial şəbəkəsi hələ ötən həftə yaradıb.

"Facebook"da qrup söhbətinə dəvət edilən istifadəç kompyuterdən uzaqdadırsa, sonradan çatın tarixçəsini oxuya da biləcək. Mark Zukerberq bildirib ki, "Facebook"un çatının dizaynında cüzi dəyişiklik edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə