Bu gün qaz təchizatı sahəsində görülən işlər haqqında dəyirmi masa keçirilib

Bu gün qaz təchizatı sahəsində görülən işlər haqqında dəyirmi masa keçirilib

Bu gün qaz təchizatı sahəsində əldə edilmiş uğurları və problemləri müzakirə etmək məqsədi ilə dəyirmi masa keçirilib. SİA-nın xəbərinə görə, tədbir "Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi, Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə keçirilib. Tədbirdə Azəriqaz İstehsalat Birliyinin Hüquq Departamentinin müdiri Elburus Məmmədov, "Şəffaflıq Azərbaycan" Koorupsiya Qarşı Mübarizə İctimai Birliyinin İcraçı direktoru Rəna Səfərəliyeva, Konstitutsiya Araşdırmalar Fondunun Prezidenti, Koorupsiyaya Qarşı Mübarizə Üzrə QHT-lərin məlumatlandırma və əməkdaşlıq şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev və media nümayəndələri iştirak ediblər.


Tədbiri giriş sözü ilə açan "Şəffaflıq Azərbaycan" Koorupsiya Qarşı Mübarizə İctimai Birliyinin İcraçı direktoru Rəna Səfərəliyeva tədbir haqqında danışıb. "Tədbiri keçirtməyimizdə əsas məqsəd qaz təchizatı prosesinin şəffaflaşdırılması istiqamətində qarşıya çıxan çatışmazlıqları müəyyənləşdirmək və müzakirə etmək, korrupsiyaya şərait yarada biləcək halları minimuma endirmək və eyni zaman da bu sahədə təhlükəsizlik normaları, şəffaflığın və hesabatlığın artırılması istiqamətində səmərəli üsullar ortaya qoymaqdadır"- deyə Rəna Səfərəliyeva bildirib.


Tədbirdə söz alan Azəriqaz İstehsalat Birliyinin Hüquq Departamentinin müdiri Elburus Məmmədov qazla təminat sahəsində həyata keçirilən son islahatlar barədə danışıb. Onun sözlərinə görə, qərara gəlinib ki, qaz təchizatı sahəsində şəffaflığa və hesabatlılığı təmin etmək məqsədi ilə vətəndaş cəmiyyəti üzvləri tərəfindən verilən tövsiyələr toplanaraq yazılı formada müvafiq dövlət qurumuna təqdim edilsin.


Tədbirdə çıxış edən Konstitutsiya Araşdırmalar Fondunun Prezidenti, Koorupsiyaya Qarşı Mübarizə Üzrə QHT-lərin məlumatlandırma və əməkdaşlıq şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev əhaliyə qaz təchizatı sahəsində istehlakçı – təchizatçı münasibətlərindəki mövcud problemlər barədə fikirlərini dilə gətirib. "Sayğacın mənzildən kənarda qoyulması düzgün deyil. Çünki sayğac kimsə tərəfdən müdaxilə oluna bilər. Bu yol verilməzdir"-deyə əlavə edib.


Qeyd edək ki, tədbirin sonunda iştirakçılar tərəfindən jurnalistlərin sualları cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə