"Azərbaycan sənayə ölkəsi ilə yanaşı eyni zamanda aqrar ölkədir" - İQTİSADÇI EKSPERT AÇIQLADI

"Azərbaycan sənayə ölkəsi ilə yanaşı eyni zamanda aqrar ölkədir. Sovet dövründə də eyni zamanda bir çox kənd təsərrüfatı məhsullarının istehsalında da, Azərbaycan öndə idi”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Asif İbrahimov deyib.

Onun sözlərinə görə, Xocavəndə pambıq hətta ona ağ qızıl deyirdilər. SSR dönəmində ən çox Azərbaycanda istehsal olunurdu. “Bundan başqa xalçalıq sahəsində, ondan sonra üzümçülük sahəsində məhsulun əkilməsi və çatdırılması həyata keçirilirdi. Müstəqillik dönəmində müəyyən boşluqlar yarandı. Misal üçün müstəqillik dönəminin ilkin mərhələsində aparılan torpaq islahatları haqqında inzibati idarə etmədə müəyyən boşluqlar yarandı. İnzibati idarə etmədə müəyyən boşluqlar yarandı. Bu sahə nisbətən tənəzzülə uğramağa başladı. Yəni pambıqçılıq dedikdə məsələn Bakıda Asif İbrahimovu aparıblar pambıq yetişdir desək onu həyata keçirdə bilməyəcək. Bu ənənəvi sahələrdən biridir. Yəni atadan övlada anadan qıza bax belə keçən bir sahədir. Eyni zamanda pambıqçılıq dedikdə biz elmi tədqiqatı laborotiyaları nəzərdə tutulur. Pambıqçılıq dedikdə toxumçuluq nəzərdə tuturuq. Yəni bu kompleksliyi özünnən asılı olaraq tam sahələri əhatə eliyən sahələrdən biridir və Azərbaycanda da bu sahədə ciddi nöqsanlar müşahidə olunur. Eyni zamanda heyvandarlıqnan bağlı onu demək istəyərdim mən düşünürəmki Azərbaycanda bu istiqamətdə birinci növbədə qanunvericilikdə bu istiqamətdə dəyişikliklər edilməlidir və Azərbaycan istehsalçısı ən önəmli problemlərimizdən biri budur. İstehsal ettiyi kənd təsərrüfatı məhsullarını bir başa olaraq Rusiya bazarına satmaqı düşünür.Dünyanın ən böyük bazarı olan Amerika Birləşmiş Ştatları və Avropa ittifaqının bazarı iyirmi 28+ İngilitərədə Böyük Britaniyadan ibarət bir bazardır.Həmin o bazara çıxartsa yaxşı olar. Bu sahədə də ciddi problemlərimiz var. Bilirsiniz ki qanunvericiliklərimiz üst üstə düşmür klaviaturalarmızın mötəbərliyi orada tanınmır orada istifadə olunması üst üstə düşmür müəyyən problemlər yaranır. İxrac məsələlərində, bir sıra qiymət məsələlərində yəni Azərbaycan istehsalçısı məcbur olaraq bir çox xammal və qablaşdırma bir sıra məhsulları xaricdən aldığım üçün onun ərsəyə gətirilməsində olan inqrediyentləri xammalı xaricdən aldıqım üçün məhsul baha başa gəlir. Bu kimi problemlər ortaya çıxır. Bir nömrəli həyəcan təbili çalınmalıdır. Ölkə başçısının nəzərinə çatdırılmalıdır. Həyata keçirilən iqtisadi siyasətdə və həyata keçirilən qurumların fəaliyyətində boşluqlar mövcuddur. Əgər bir sahə üzrə əkinə yararlı torpaqların 37 faizi şoranlaşmaya doğru gedirsə bu rəsmi rəqəmlərdir. Bununla bağlı tədbirlər həyata keçirilməlidir və bu istiqamətdə dövlət bir sıra xüsusi ideyalar tədbiq edilməlidir lazım gələndə bəzi qurumlar ləğv edilməlidir. Bu sahədə həyəcan təbili çalınmalıdır.Bilirsiniz ki Azərbaycanın ərzaq təhlükəsizliyi yəni mən onuda media qrupu vasitəsilə lazımı yerlərə çatdırmaq istəyirəmki biz taxılı istifadə etdikdə taxılın ,buğdanı xaricdən alırıq. Bir sıra məhsulların Azərbaycanda istehsalı yəni ərzaq təhlükəsizliyi dedikdə nə başa düşürük orta statistik Azərbaycan vətəndaşı tərəfindən keyfiyyətli,ucuz və əlçatan inamın olması gedir söhbət və bu dediyimiz problemlər olduqu təqdirdə ucuz,keyfiyyətli,əlçatan qidanın əlçatmazı problemləri ciddi yaranacaq. Məsəl üçün:Marketə daxil olursan pomidor dörd manat əlli qəpiyədir aqrar ölkədə. Məsəl üçün: Marketə daxil olursan bir sıra məhsullar od tutub piştaxtalara baxırsan bu kənd təsərüffatı sahəsində od tutub yandırır. Bu istiqamətdə ciddi mexanizmlər işə salınmalıdır”.

Samirə Nəsirova

Bütün xəbərlər Facebook səhifəmizdə