Azərbaycan İstanbulda keçirilmiş 10-cu Dünya Halal Sammitində - FOTOLAR

Azərbaycan Türkiyənin İstanbul şəhərində keçirilmiş 10-cu Dünya Halal Sammiti, eləcə də bu sammit çərçivəsində təşkil olunmuş “MÜSİAD EXPO” 20-ci Beynəlxalq Ticarət və “Halal Expo” sərgilərində təmsil olunub. SİA bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, Azərbaycanı nazirin I müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Sammitdə ölkəmizin İslam Konfransı Təşkilatının missiya və prinsiplərinə göstərdiyi hörmət, eyni zamanda zəngin tarixi və mədəni dəyərləri ilə Azərbaycanın İslam həmrəyliyi irsinə verdiyi töhfələr diqqətə çatdırılıb. Təşkilata üzv dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi, iqtisadi-ticarət əlaqələrinin və biznesin inkişafı üçün prioritet istiqamətlər qeyd olunub.

Bundan başqa, halal sənayenin davamlı inkişafı üçün əməkdaşlığın və innovasiyaların vacibliyi qeyd edilib, bu sektorun gələcək inkişafında etik standartların və texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqət yetirilməli olduğu vurğulanıb. Yaşıl texnologiyaların tətbiqinin ətraf mühitə təsirini əhəmiyyətli dərəcədə azalda biləcək təşəbbüslərin və alətlərin dəstəklənmısinin vacibliyi qeyd olunub.

E.Əliyev Türkiyənin ticarət naziri Ömər Bolatla “MÜSİAD EXPO” 20-ci Beynəlxalq Ticarət, “Halal Expo” sərgiləri və Azərbaycan stendləri ilə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə