Azərbaycanda Ticarət İnformasiya Portalının yaradılması və əlaqədar xidmətlərin satın alınmasının ehtimal olunan qiyməti 972 min 910 manat təşkil edir. SİA bu barədə dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir. Bu, İqtisadiyyat Nazirliyinə məxsus “Tikinti-Təchizat Birliyi” MMC-nin elan etdiyi satınalma şərtlərində öz əksini tapıb.
Tender şərtlərinə görə, görüləcək işlərə ixrac edən ölkə, hədəf ölkə və məhsula görə axtarış sisteminin yaradılması, bazarlar, rəqiblər və məhsullar üzrə müqayisə alətlərinin işlənib hazırlanması, filtrasiya imkanı ilə statistikanın əks etdirilməsi üçün interfeysin işlənib hazırlanması, statistik məlumatların ixracı funksionallığının reallaşdırılması, ən az 50 000 məhsul haqqında məlumatın saxlanması üçün verilənlər bazasının yaradılması və sair daxildir.
Təchizatçılar tenderdə iştirak üçün təkliflərinin təqdim edilməsi ilə bağlı 25 manat istifadə haqqı və 450 manat iştirak haqqı ödəməlidirlər.
İştirak haqqı təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, istifadə haqqı isə heç bir halda geri qaytarılmır.
Təkliflər noyabrın 26-sı saat 17:30-a kimi təqdim edilməlidir. Zərflər həmin gün eyni saatda açılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə