“Brent” markalı neft 3%-dən çox ucuzlaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin dekabr müqaviləsinin dəyəri 3,09% azalaraq 1 barelə görə 75,07 ABŞ dolları təşkil edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin noyabr ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti də 3,12% azalaraq 1 barelə görə 71,53 ABŞ dolları olub.

Bütün xəbərlər Facebook səhifəmizdə