İqtisadiyyat sahəsində Nobel mükafatının laureatlarının adları açıqlanıb

İqtisadiyyat üzrə Nobel mükafatına üç ABŞ alimi - Daron Acemoğlu, Saymon Conson və Ceyms Robinson layiq görülüblər. SİA Nobel mükafatının rəsmi “nobelprize.org” saytına istinadla xəbər verir ki, mükafat müxtəlif ölkələrin rifahındakı fərqlərin öyrənilməsinə görə verilib.

Laureatlar ölkələrin uzunmüddətli iqtisadi rifahına təsir edən amillərə dair innovativ tədqiqatlara töhfə veriblər. Onların nəticələri göstərir ki, demokratiya və inklüziv institutları dəstəkləmək üçün fəaliyyət iqtisadi inkişafın təşviqində irəliyə doğru mühüm addımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə