“Azərbaycan iqtisadiyyatındakı sabitlik diqqəti cəlb edir“ - ŞƏRH OLUNDU
“Ölkə başçısı İlham Əliyevin İqtisadi məsələlərə həsr olunmuş müşavirə zamanı etdiyi çıxışa nəzər salsaq, Azərbaycan iqtisadiyyatının nə qədər möhkəm dayaqlar üzərində qurulduğunu görərik. Belə ki, cənab Prezidentin çıxışında vurğuladığı iki əsas məqam xüsusilə diqqəti çəkdi. Birincisi neft sektorunun daha da inkişaf etdirilməsi, ikincisi isə iqtisadiyyatımızın şaxələndirilməsi idi”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Kazım Kazımov deyib.
O bildirib ki, neft sektoru Azərbaycan iqtisadiyyatının əsas dayağıdır: “Ölkə rəhbərinin də vurğuladığı kimi Azərbaycan uzun illərdir uğurlu neft siyasəti həyata keçirir. Son illərdə neft hasilatında müəyyən enmələrin olduğu nəzərə çarpsa da, Azərbaycan bu məsələdə fəal siyasət həyata keçirərək, neft hasilatının yenidən yüksəlməsinə səbəb olacaq addımlar atıldı. Ümid edilir ki, neft hasilatı bundan sonra həmişəki kimi uğurla, artan templə davam edəcək.
Digər tərəfdən qeyri-neft sektoru da sürətlə inkişaf edir. Artıq Azərbaycan sadəcə neft üzrə deyil, eyni zamanda qeyri-neft sektoru üzrə də inkişafını təmin edir. Xüsusilə Azərbaycan iqtisadiyyatındakı sabitlik diqqəti cəlb edir. Dünyanın iqtisadi baxımdan durğunluq dövrünü yaşadığı bir zamanda Azərbaycanın bu qədər inkişaf etməsi böyük uğurdur. Azərbaycanın iqtisadi davamlılığı dövlətin daha da sürətlə inkişafını təmin edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə