Azərbaycan Dünya Bankı ilə enerji əməkdaşlığının inkişafını müzakirə edib
Energetika naziri Pərviz Şahbazov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. SİA nazirliyə istinadən xəbər verir ki, görüşdə Azərbaycanla Dünya Bankı arasında enerji sektorunda əməkdaşlığın inkişafı, ölkəmizdə yaşıl enerjinin inteqrasiyasının təmin edilməsi məqsədilə ötürücü şəbəkənin gücləndirilməsi layihəsi, o cümlədən “Masdar” şirkəti tərəfindən reallaşdırılan günəş və külək elektrik stansiyalarının enerjisistemə qoşulması ilə bağlı görülmüş işlər müzakirə edilib.
Müzakirələrdə “Azərenerji” ASC-nin nümayəndələri də iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə