Bugünkü valyuta hərracında tələb 110 milyon dolları ötüb

Mayın 30-da Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Bankdan SİA-ya bildirilib ki, hərracda tələb 110,5 milyon dollar təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Tələbin nisbətən yüksək olması cari həftənin çərşənbə axşamının qeyri-iş gününə təsadüf etməsi ilə bağlı olaraq hərracın qrafik üzrə keçirilməməsi səbəbindən yığılan tələblə əlaqədardır.

Bütün xəbərlər Facebook səhifəmizdə